Azərbaycan Mərkəzi Bankının bu ilin əvvəlində öz müraciəti əsasında lisenziyasını ləğv etdiyi "AXA Mbask" Sığorta Şirkəti ASC səhmlərini dövriyyədən çıxarır.
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, sığortaçının səhmdarlarının Bakı şəhəri, Həzi Aslanov küçəsi, 80/9 ünvanında keçirilmiş ümumi yığıncağının qərarı ilə nominal dəyəri 382 manat olan 53 754 ədəd adı adlı sənədsiz səhm (dövlət qeydiyyat nömrəsi AZ1002003692) dövriyyədən çıxarılır və ləğv edilir. (Report)