Hər zaman müştərilərini yeni məhsul təklifləri və aksiyaları ilə sevindirən “Atəşgah” Sığorta Şirkəti bu dəfə də avtomobillərin Kasko sığortası üzrə yeni kampaniyaya start verdi!
FED.az xəbər verir ki, 6 fevral tarixindən başlayaraq bir ay müddətində davam edəcək "Zəriflik, sürət və güvən" adlı kampaniya çərçivəsində 2010-cu ildən istehsal olunan “Mercedes-Benz” markalı avtomobillərin sahibləri KASKO sığorta məhsulunu 1.99 % tariflə, habelə əlavə faiz gəlmədən 10 hissəyə bölərək əldə edə bilərlər. KASKO sığortanı Sizin üçün indi daha sərfəli etdik!
Kampaniyanın əlavə üstünlüklərinə istehsal ili 5 ilə qədər olan avtomobillər üçün rəsmi servis və evakuator xidməti, eyni zamanda aksiyadan yararlanan Mercedes-Benz sahiblərinə 50 AZN dəyərində yanacaq kuponunun hədiyyə edilməsi daxildir.
Top of Form
Bottom of Form
Aksiya haqqında ətraflı məlumat əldə etmək istəyən şəxslər “940” nömrəsi ilə əlaqə saxlaya bilər!
Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq 28 ildən artıqdır ki, keyfiyyətli sığorta xidmətləri göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır.”Atəşgah” Sığorta Şirkəti müştərilərinə daha maraqlı və cəlbedici təkliflər etməyi davam etdirəcək.