Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan "Atəşgah" Sığorta Şirkəti yenicə istifadəyə verilmiş Zəngilan rayonunun Ağalı kəndindəki xidmət mərkəzində ilk sığorta xidmətini həyata keçirib.
FED.az xəbər verir ki, yanvar ayının 15-də Ağalı kənd sakininə Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta təminatı verilmişdir.
Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti bu addımla əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etmək missiyasını özündə əks etdirir.