Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah Sığorta" şirkətinin yığımları artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının həcmini 12,253 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 4,688 mln. manat və ya 62% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-mart aylarında "Atəşgah Sığorta" şirkəti 7,565 mln. manat sığorta haqqı toplamışdı.
“Atəşgah Sığorta" şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 2-ci olub.
Sığorta şirkətinin ödənişlərində isə 275 min manat, yəni 6% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 4,525 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 4,250 mln. manat idi.
“Atəşgah Sığorta" şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 13-ci olub.
Hesabat dövründə “Atəşgah Sığorta" şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 37% təşkil edib.