Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları və ödənişləri artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-noyabr ayları ərzində topladığı sığorta haqlarının həcmini 59,130 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 20,013 mln. manat və ya 51% artım olub. Onu da qeyd edək ki, 2023-ci ilin yanvar-noyabr aylarında “Atəşgah" Sığorta Şirkəti 39,117 mln. manat sığorta haqqı toplamışdı.
“Atəşgah" Sığorta Şirkəti yığımların həcminə görə sığorta şirkətləri arasında 5-ci, dinamikasına görə 2-ci olub.
Sığorta şirkətinin ödənişlərində isə 9,170, mln. manat, yəni 60% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 24,472 mln. manat həcmində sığorta ödənişi verilib. Əvvəlki ilin eyni dövründə bu rəqəm 15,315 mln. manat idi.
“Atəşgah" Sığorta Şirkəti ödənişlərin həcminə görə sığorta şirkətləri arasında 4-cü, dinamikasına görə 7-ci olub.
Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödəniş-yığım nisbəti 39% təşkil edib.
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.