“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Əliyev Azər Allahverdi oğlu vəzifəsindən ayrılıb.
“Atəşgah Sığorta” öhdəlik müqaviləsinə görə – MƏHKƏMƏYƏ VERİLİB
A.Əliyev FED.az saytına açıqlamasında bildirib ki, istefaya səbəb yeni iş təklifi ilə bağlıdır.
Qeyd edək ki, Azər Əliyev 2008-2015-ci illərdə “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə Heyətinin sədri vəzifələrini icra edib.
Daha sonra “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri və AR Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi qismində fəaliyyət göstərən Azər Əliyev 2017-ci ildən yenidən “Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıtmış, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışmışdır.
Eyni zamanda bu dövr ərzində İcbari Sığorta Bürosunun Himayəçilər Şurasında sədr və sədr müavini vəzifələrində də çalışmışdır.
Hazırda onun yerinə hər hansısa təyinat olmayıb.
Xatırladaq ki, “Atəşgah Sığorta” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 008 500 manatdır. Şirkətin səhmlərinin 63%-i “ISR Holding” MMC-yə, 27%-i “Ran-Exim” MMC-yə, 10%-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.