Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Atəşgah” Sığorta Şirkəti ASC Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən təsdiq olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq, öz biznes strategiyasını müəyyənləşdirmiş və bunu uğurla həyata keçirir.
FED.az xəbər verir ki, hal-hazırda şirkət müəyyən olunmuş strateji planın icrası istiqamətində uğurla addımlayır, innovativ və dayanıqlı idarəetmə modelinə əsaslanaraq fəaliyyətini davam etdirir. Yekun göstəricilər şirkətin bazarda mövqeyini möhkəmləndirdiyini və inkişaf dinamikasını qoruduğunu təsdiqləyir.
Eyni zamanda, “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən idarəetmə orqanlarının fəaliyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının 21 fevral 2024-cü il tarixli, № 09/2 saylı Qərarı ilə təsdiq edilmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”na uyğunlaşdırılması istiqamətində də müvafiq işlər aparılmaqdadır.
Hər zaman müştərilərini yeni məhsul təklifləri və yenilikləri ilə sevindirən, müştəri yönümlü yanaşmanı prioritet hesab edən “Atəşgah” Sığorta Şirkəti ASC məhsul çeşidini daim yeniləməklə yanaşı, hazırda KASKO sığortası üzrə xüsusi “Toyota” aksiyasını davam etdirərək, müştərilərinə əlavə imkanlar və üstünlüklər təqdim etməkdədir.