"Atəşgah Həyat" sığorta şirkətinin rəhbərliyinə yeni təyinatlar olub.
İqtisadiyyat Nazirliyinin qurumuna rəhbər - TƏYİN EDİLDİ
FED.az xəbər verir ki, baş direktorlar Şəfəq Həsənova və Ayla Mustafayeva "Atəşgah Həyat"ın İdarə Heyətinə (İH) üzv seçiliblər.
Yeni təyinatla sığorta şirkətinin idarə heyətinin tərkibi 5 nəfərə çatıb. Sığorta şirkətinin İH-nin sədri hazırda Azər Əliyev, sədr müavini Orxan Şirinli, İH-nin digər üzvü isə Xəqani Baxşəliyevdir.
Xatırladaq ki, “Atəşgah Həyat Sığorta” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6.5 milyon manatdır. Şirkətin səhmləri 100% “Ran-Exim” MMC-yə məxsusdur. (Apa)