"Atəşgah Həyat Sığorta" şirkətinin 2025-ci ilə dair mənfəət və zərər hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin cəmi gəlirləri 2025-ci ildə 96,3 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 77,6 milyon manat ilə müqayisədə 18,7 milyon manat (24,1%) artım deməkdir.
Əsas əməliyyat gəlirləri 112,7 milyon manat təşkil edərək, 2024-cü illə müqayisədə 21,2 milyon manat (2,3 dəfə) artıb.
İnvestisiya gəlirləri 0,6 milyon manat (9,6%) artaraq 6,7 milyon manata yüksəlib.
Digər gəlirlər 367,2 min manata bərabər olub ki, bu da 2024-cü illə müqayisədə 363,6 min manat (103,4 dəfə) artım deməkdir.
Şirkətin cəmi xərcləri 2025-ci ildə 83,7 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 68,2 milyon manat ilə müqayisədə 15,5 milyon manat (22,8%) artım deməkdir.
Xərclərin detalları aşağıdakı kimidir:
Əsas əməliyyat xərcləri 72,5 milyon manata bərabər olub. Bu da 2024-cü illə müqayisədə 15,8 milyon manat (27,9%) artım deməkdir.
İşlərin aparılması xərcləri 11,2 milyon manat təşkil edərək, illik 1,0 milyon manat (9,9%) artıb.
Digər xərclər 50,7 min manata bərabər olub.
Maliyyə mənfəəti 2025-ci ildə 12,5 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 9,4 milyon manat ilə müqayisədə 3,2 milyon manat (34,0%) artım deməkdir.
Mənfəət vergisi 2025-ci ildə 2,5 milyon manat olub. Bu, da illik müqayisədə 0,6 milyon manat (34,0%) artıb.
Bütün bu dəyişikliklərdən sonra, "Atəşgah Həyat" Sığorta Şirkətinin xalis mənfəəti 2025-ci ildə 10 milyon manat təşkil edib. Bu, 2024-cü ildəki 7,5 milyon manat ilə müqayisədə 2,5 milyon manat (34%) artım deməkdir.
Xatırladaq ki, "Atəşgah Həyat" Sığorta Şirkəti 2024-cü ilin yekunlarını 7,5 milyon manat xalis mənfəətlə başa vurmuşdu.






!["Atəşgah Həyat" Sığorta 2025-ci ili uğurla başa vurub - [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR[/red] | FED.az](upload/news/small/2434361.png)
!["Atəşgah Həyat" Sığorta 2025-ci ili uğurla başa vurub - [red]ŞİRKƏT MƏNFƏƏTDƏDİR[/red] | FED.az](upload/news/small/1532682.jpg)







