Müştəri məmnuniyyətini hər zaman ön planda tutan “Atəşgah Həyat” Sığorta Şirkəti iki yeni sığorta məhsulunu müştərilərə təqdim edib!
FED.az xəbər verir ki, şirkət müştərilərinin ehtiyaclarına uyğun olaraq, fiziki şəxslər üçün nəzrərdə tutulan “Könüllü Müddətli Həyat Sığortası” üzrə yeni qutu məhsulunu istifadəyə verib. Sığorta məhsulu "Təminat" və "Təminat+" olmaqla iki növə bölünür:
"Təminat": sığorta müddəti -12 ay
"Təminat+": sığorta müddəti 24-36 ay
Yeni sığorta məhsulu sığorta olunan şəxsin sığorta müddəti ərzində ölüm, bədbəxt hadisə və ya xəstəlik nəticəsində əmək qabiliyyətinin itirilməsi halları üzrə təminat verir.
Şirkətin təqdim etdiyi növbəti yeni məhsul isə fiziki şəxslər üçün nəzərdə tutulan “Könüllü Yığım Sığortası” məhsuludur. Bu məhsul müxtəlif ehtiyaclara uyğun olaraq 3 fərqli sığorta paketi ilə təklif olunur:
Uşaqların Təhsil Sığortası –sığorta paketi uşaqların təhsil xərclərinin qarşılanmasını hədəfləyir və 1 ildən 11 ilədək müddət üçün mövcuddur.
Qorunan Gəlir – bu paket şəxslərin gəlirlərini qorumağa yönəlmiş, 1 ildən 3 ilədək olan müddət üçün təklif edilir.
Ailə Fondu – sığorta paketi ailənin ümumi maliyyə dəstəkçisi olub , 1 ildən 5 ilə qədər olan müddət üçün nəzərdə tutulur.
Sözügedən paketlər üzrə hadisəsi baş verdikdə, müştərilərə sığorta müddətini gözləmədən təminat alma imkanı verir. Bu müştərilərə sığorta məhsulundan daha tez və səmərəli faydalanmağa şərait yaradır.
Sığorta məhsulları barədə daha geniş məlumat əldə etmək və ya bu məhsullardan faydalanmaq istəyən şəxslər “940” nömrəsinə müraciət edə bilər.