“AtaSığorta” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün onlayn şəkildə əldə olunması tam təmin edilib.
Belə ki, artıq hər bir avtonəqliyyat vasitəsi sahibi şirkətin veb-saytına daxil olmaqla əsas səhifədəki hiper-linkə keçid edərək avto-icbari sığorta növü üzrə rahatlıqla sığortalana bilər.
Avtonəqliyyat vasitəsi sahibləri avto icbari sığorta növü üzrə onlayn sığortalanma zamanı hər hansı maneələrlə qarşılaşsalar şirkətin 936 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verə bilərlər.