Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan "AtaSığorta" ASC 2020-ci ili 744 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin rəsmi hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə şirkətin xalis mənfəətində 18%-dək artım olub. Belə ki, əvvəlki ilin nəticələrinə görə, şirkətin xalis mənfəəti 663 min manat olmuşdur.
Bundan başqa, ötən ildə "AtaSığorta"nın məcmu əməliyyat gəlirləri 18,981 mln. manat, məcmu əməliyyat xərcləri 18,095 mln. manat, toplanan sığorta haqları 13,896 mln. manat, sığorta ödənişləri isə 8,714 min manat təşkil edib.
"AtaSığorta" şirkətinin 01.01.2021-ci il tarixinə olan hesabatı: