Bu ilin yanvar-mart aylarında Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan "AtaSığorta" ASC-nin yığımları 2 milyon 594 min manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.
2023-cü ilin yanvar-mart aylarında sığorta şirkətinin yığımları 2 milyon 670 min manat təşkil edib.
Sığorta şirkəti tərəfindən müştərilərə ümumilikdə 983 min manat sığorta ödənişi edilib.
Ödənişin məbləği illik müqayisədə 258 min manat və ya 36% artıb.
Ötən ilin ilk 3 ayında sığorta şirkəti müştərilərinə 725 min manat ödəniş etmişdi.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.
Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.