Azərbaycanın sığorta bazarının aparıcı və etibarlı sığorta şirkətlərindən olan "AtaSığorta" ASC daha bir tenderin qalibi olub.
FED.az xəbər veri ki, “Azerbaijan Rigs” MMC tərəfindən keçirilən könüllü tibbi sığorta xidmətlərinin satın alınmasına dair tenderin qalibi AtaSığorta şirkəti seçilib və şirkətlə müvafiq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Azerbaijan Rigs” MMC Heydər Əliyev adına ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi qismində çıxış edib. 2017-ci ilin may ayında istismara verilən qurğunun ümumi hündürlüyü 130 metr, uzunluğu 106,5 metr, eni 69,5 metr, çəkisi 26 tondur. Layihənin dəyəri 1,1 milyard dollardan artıq təşkil edib.