Biz dünyanın istənilən ölkəsi ilə müqayisə etsək görərik ki, insanlar hər şeyi sığortalayır. Təəssüf ki bizdə belə vərdişlər yoxdu. Biz bank sektoru olaraq əsas məqsədimiz sığorta vərdişlərini cəmiyyətimizə təşviq etməkdir.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) və "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliklərinin birgə təşkilatçılığı ilə keçirilən mətbuat konfransında ABA-nın prezidenti Zakir Nuriyev bildirib.
O bildirib ki, yeni məhsul ilə çox aşağı sığorta haqqı ödəməklə insanlar bütövlükdə borc məbləğini sığortalayır. Bank olaraq biz vətəndaşın rahatlığını təmin etmək istəyirik. Kifayət qədər hallar olub ki, kredit aldıqdan sonra müştərinin sağlamlığı ilə bağlı problemlər olub. Bu ciddi bir problemdir. Bank sektoru olaraq da sığortalanmanın insanlar üçün nə qədər vacib olduğunu aşılamağa çalışırıq. Əgər həyat sığortası varsa, şəxs kredit alan zaman mütləq yenidən sığorta almalıdır, belə bir şey yoxdur.