“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ötən ilin dekabr ayından aktiv fəaliyyətə keçib.
Eləcə də bax: “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin büdcəsi - Təsdiqlənəcək
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, şirkət ötən ay kənd təsərrüfatı istehsalçılarından 18 min manat sığorta haqqı toplayıb. Ay ərzində maliyyə qurumunun sığorta ödənişləri olmayıb.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir. (Report)