A-Qroup sığorta şirkəti 2021-ci ilin 3-cü rübünün üzrə fəaliyyətinə dair nəticələri açıqlayıb.
Şirkətdən FED.az-a verilən məlumata görə, bu ilin doqquz ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 10 413 615 ,86 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 2 816 904,37 AZN çox olmuşdur və bu da müqayisədə təxminən 30 % artım deməkdir.
Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 7 869 076,89 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olmuşdur.
KASKO üzrə sığorta həcmləri təxminən 1.000.000 AZN artdı. ƏMLAK üzrə sığorta haqları isə təxminən 2 dəfə artmışdır. Həcmindəki artım A-Qroup-un sabit müsbət dinamikasını nümayiş etdirir.
2021-ci ilin üçüncü rübünün ərzində A-Qroup-un sığortalıları 8 338 130,14 AZN məbləğində ödəniş almışlar. Ödənişlərin böyük qismi Könüllü Tibbi sığortanın payına düşərək 7 798 087,76 AZN təşkil etmişdir.
Orta hesabla, cari ilin 9 ayı ərzində A-Qroup şirkəti tərəfindən müştərilərə hər gün 30 000 AZN-dən çox pul ödənilib.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. “A-Qroup” sığorta şirkəti fiziki və korporativ müştərilərə genişçeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü və 3 icbari sığorta növü üzrə yüksək ixtisaslı xidmətlər təqdim edir.