Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan A-Qroup şirkəti 2020-ci ildə uğurlu fəaliyyətinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat dövründə şirkət tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, A-Qroup şirkətinin sığorta yığımlarının ümumi məbləği 2020-ci ildə 17 054 060,31 manat təşkil edib, bu isə öncəki hesabat dövrü ilə müqayisədə 13% artıqdır.
Şirkətin prioritet fəaliyyət sahəsi olan, tibbi sığorta üzrə A-Qroup tərəfindən 14 934 338,55 manat sığorta haqqı toplanıb, bu isə 2019-ci illə müqayisədə 14% çoxdur.
Ötən il ərzində eyni zamanda şirkətin sığorta ödənişlərinin həcmi artaraq 8 475 960,60 manat təşkil edib. Siğortallıların gündəlik sığorta ödənişi məbləği 22 000 AZN təşkil etmişdir.
2020-ci il ərzində A-Qroup-un korporativ müştəri siyahısına 50-dən artıq yeni şirkət əlavə edilib.
Hesabat dövrünün nəticələri şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir və A-Qroup 25 ildən artıq sığorta bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir və sığorta ödənişlərinin həyata keçirilməsi müddətinin azaldılması, zərərlərin tənzimlənməsi prosessinin effektivliyinin artırılması üçün daim çalışır.