Pandemiya başlayandan bəri A-Qroup sığorta şirkəti öz sığortalılarının sağlamlığını qorumaq məqsədilə külli miqdarda vəsait ayırıb.
FED.az xəbər verir ki, şirkət bu təşəbbüs çərçivəsində COVID-19-a yoluxmuş 1500-dən çox müştərisini ambulator müalicə üçün zəruri dərman paketləri ilə təmin edib.
Bundan əlavə koronavirusun diaqnostikası üçün sığortalılar arasında 2000-dən çox test, təxminən 400 KT müayinəsi aparılıb, eyni zamanda ehtiyac halında sığortalıların klinika və xəstəxanalara nəqli şirkət tərəfindən həyata keçirilib.
Müştərilərinin sağlamlığına önəm verən A-Qroup sığorta şirkəti onlarla daim əlaqədədir.
Şirkət müştərilərinin etimadını çox yüksək qiymətləndirir və bu çətin dövrdə onların sağlamlığının qorunması üçün mümkün olan hər şeyi edir.
A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş çeşidli sığorta məhsulları təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.