“A-Qroup Sığorta Şirkəti” ASC bu ilin ilk 11 ayı ərzində 18 milyon 973 min manat həcmində sığorta haqqı toplayıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 929 min manat və ya 11,3% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu dövrdə şirkətin müştərilərinə etdiyi ödənişlərin məbləği 10 milyon 565 min manat olub.
Ötən ilin eyni dövründə şirkət tərəfindən zərərçəkmiş müştərilərə 11 milyon 980 min manat sığorta ödənişi edilib.












