Qızılın unsiyasının qiyməti 1800 dollardan da aşağı düşərək iyul ayından bu yana ən aşağı səviyyəyə geriləyib.
FED.a xəbər verir ki, Bakı vaxtı ilə saat 17:30-da qızılın unsiyası 1,7% ucuzlaşma ilə 1781 dollardan ticarət olunub.
Qızılın qiyməti ardıcıl üçüncü həftədir düşür.
Qızılın ucuzlaşmasına koronavirusa qarşı peyvəndlərin tapılması və ABŞ seçkilərinin nəticəsinə dair qeyri-müəyyənliyin azalması səbəb olur.
Qiymət 1760-1780 dollar aralığından aşağı düşərsə 1600 dollara qədər enə biləcəyi qeyd olunur.
2020-ci ilin Avqust ayında qızılın qiyməti əlavə təşviq gözləntiləri, aşağı faizlər, ABŞ ilə Çin arasında artmağa davam edən gərginlik və digər artan geo-siyasi risklər ilə əlaqədar olaraq 2000 dolları aşmış və 2089 dolları görmüşdü. Rekord səviyyədən bu yana qızılın unsiyasının qiyməti 14,7% geriləyib.
Son həftələr qızılın ucuzlaşmasına baxmayaraq bir il əvvəl ilə müqayisədə 21.84% baha ticarət olunur.