Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 milyon 150 min manatdan 5% aşağı olmaqla, yəni 1 milyon 92. min 500 manata təkrar açıq hərraca çıxarılacaqdır.
Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılmışdı.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 10.925 (on min doqquz yüz iyirmi beş) manat məbləğində beh ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://www.birjanews.az/herrac-elanlar/64
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.