2019-cu ilin yanvar-aprel ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb. FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda könüllü sığorta növlərində kəskin azalma, icbari sığortalarda isə artım baş verib.
Ötən il könüllü sığortalar üzrə 220 milyon 860 min manat sığorta haqqı yığıldığı halda, bu il həmin göstərici 20,2% azalaraq 176,2 milyon manata düşüb. Könüllü sığortada ödənişlər isə 23,8% azalıb.
Azalma demək olar ki, bütünlüklə həyat sığortasının hesabınadır – bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində həyatın yığım sığortasının gəlirliyi azalıb, eləcə də aylıq gəlirdən bu sığortaya yönəldiləcək vəsaitin həcminə də məhdudiyyət qoyulub. Nəticədə Həyatın yıyığm sığortası üzrə yığımlar gözlənildiyi kimi, azalıb.
İcbari sığorta növlərində isə yığımlar ötən illə müqayisədə 10,6% artaraq 80,6 milyon manatdan 89,1 milyon manata, yığımlar isə 7,9% artaraq 23,3 milyon manat olub.
Qanuna dəyişiklik sığorta bazarını vurdu - KƏSKİN AZALMA
10:25
10 İyun 2019