“Qala Sığorta” ASC bu ilin ilk 11 ayı ərzində 71 milyon 129 min manat həcmində sığorta haqqı toplayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 869 min manat və ya 2,6% azalma deməkdir.
Bu dövrdə ödənişlər isə 8 milyon 864 min manat (57,8%) artaraq 24 milyon 175 min manat olub.
Ötən il ödənişlər 15 milyon 311 min manat olmuşdu. Şirkətin zərərlilik göstəricisi 34% təşkil edib (ötən il - 21%).












