Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” 2019-cu ilin yanvar-iyun ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, düzgün hədəfə yönləndirilmiş strategiya artıq öz nəticəsini göstərir. Belə ki, şirkətin operativ məlumatlar əsasında hazırlanmış hesabatına əsasən cari ilin 6 ayı ərzində “Qala Sığorta” şirkəti tərəfindən 12 720 054 manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 5 261 689 manat və ya 70,54 % çox olub.
Qeyri-həyat sığortası bazarında yığımlar üzrə ciddi artım nümayiş etdirən “Qala Sığorta” bazarda öz dinamik inkişafı ilə yanaşı, etibarlılıq və yüksək keyfiyyətli xidmətlərinə dair peşəkarlıq səviyyəsini də qoruyub saxlayıb.
Bununla yanaşı, göstərilən xidmətlərdə şirkətin biznes strategiyasına əsaslanan müştəri məmnuniyyəti meyarı hər zaman yüksək dəyərləndirilərək pririotet hədəflər sırasında yer alıb. Sığorta ödənişlərinin müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq operativ və vaxtında həyata keçirilməsi müştəri məmnuniyyəti üzrə əsas göstəricilərdən biri hesab olunur.
Belə ki, 6 aylıq hesabat dövründə yığımlarla yanaşı ödənişlərdə də kəskin artım müşahidə olunub. Qeyd olunan dövr ərzində şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə 1 452 237 manat sığorta ödənişi verilib ki, bu da ötən ilin yanvar-iyun ayının göstəricisi ilə müqayisədə 787 413 manat və ya təxminən 2,1 dəfə çoxdur.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya əsasında fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
“Qala Sığorta”nın yığım portfeli genişlənir – RƏSMİ HESABAT
10:57
16 İyul 2019