Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Qala Sığorta» ASC 2021-ci ilin ilk yarısının yekunları üzrə maliyyə vəziyyətini açıqlayıb.
“Qala Həyat” şirkəti son bir il ərzində işçilərinin sayını artırıb
FED.az xəbər verir ki, ilin ilk 6 ayında şirkətin gəlirləri 36 milyon 138 min manat olub. Bunun 33 milyon manatı birbaşa sığorta haqları, 1,9 milyon manatı sığorta ödənişlərində təkrarsığortaçılardan alınan vəsaitdir.
İlk yarım ildə «Qala Sığorta»nın xalis sığorta ehtiyatları 2,9 milyon manat azalsa da, əvəzində şirkət investisiya gəlirlərindən 927 min manat əldə edib.
Hesabat dövründə şirkətin xərcləri 33 milyon 378 min manat olub. Xərclərin 3 milyon 361 min manatı sığorta ödənişləri olub. 21,2 milyon manat isə təkrarsığortaçıya ötürülən sığorta haqlarıdır. Şirkət bu dövrdə təqribən 1 milyon manat sığorta haqqını gekri qaytarıb.
İşlərin aparılması – inzibati xərclərə isə 7,4 milyon manat xərclənib.
Nəticədə ilk yarım ilin sonunda şirkətin maliyyə mənfəəti 2 milyon 759 min manat olub. Bundan 619 min manat vergi ödəniləndən sonra şirkətin xalis mənfəəti 2 milyon 140 min manat təşkil edib.
Bu dövrdə «Qala Sığorta»nın aktivləri 16 milyon manat və ya 50,6% artaraq 47 milyon 535 min manata çatıb. Kapitalı isə 9,7 milyon manatdan 11,88 milyon manata yüksəlib.
Bununla yanaşı, «Qala Sığorta» ilə bağlı daha maraqlı göstəricilər şirkətin öhdəliklərinə aiddir. İlk yarım ildə şirkətin cəmi öhdəlikləri 14 milyon manat və ya 63,5% artaraq 21,8 milyon manatdan 35,6 milyon manata yüksəlib.
Belə ki, şirkətin alınmış avansları ilin əvvəlindəki 3,3 milyon manatdan 12,3 milyon manata yüksəlib.
Qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları isə 15,8 milyon manatdan 19,6 milyon manata yüksəlib.
Təkrar sığorta əməliyyatları üzrə öhdəliklər isə bir neçə yüz min manat artaraq 1 milyona manatı keçib.
Xatırladaq ki, «Qala Sığorta»nin Direktorlar Şurasının sədri Kamal İbrahimov, sədr müavini Aydın Rəhmanov, üzvü isə Bayramlı Aynur Əziz qızıdır.