Müştərilərin hər zaman rahatlığını düşünən “Qala Sığorta” bu dəfə Sumqayıt əhalisini sevindirib. Şirkət bu gün Sumqayıt şəhəri 36-cı məhəllə ev 5/11, mənzil 2 ünvanında yerləşən nümayəndəliyinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, Sumqayıt nümayəndəliyinin açılmasında əsas məqsəd bölgədə yaşayan insanlara yaxın olmaqla onların həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını asanlaşdırmaqdır.
“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov:
Bu gün biz “Qala Sığorta”nın Sumqayıt nümayəndəliyinin açılışını qeyd edirik. Sumqayıt və ona ətraf ərazidə yaşayan əhali nümayəndəliyimizə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.
Ümumiyyətlə, bu açılışı bir növ şirkətin sosial məsuliyyəti kimi dəyərləndirmək olar. Çünki biz öz məhsullarımızı təqdim etməklə yanaşı, vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait də yaradırıq. Vətəndaşlarımızın sığortadan rahat şəkildə yararlanması bizim ən prioriet sosial məsuliyyətlərimizdən biridir.
Bir məqsədimiz var: ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək. İlin əvvəlindən indiyədək Lənkəran və Gəncə nümayəndəlyimizin rəsmi açılışları olub. Strategiyamıza uyğun olaraq, yaxın iki ay ərzində müxtəlif regionlarda daha 3 nümayəndəliyin açılışını planlaşdırırıq. Düşünürük ki, nümayəndəliklərin fəaliyyətə başlaması ilə vətəndaşlarımız “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” sığorta şirkətinin də təqdim etdiyi könüllü həyat və icbari sığorta məhsullarından yararlana biləcəklər” deyə T.Yunsurov qeyd edib.
Qeyd edək ki, açılış mərasimidə Şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı İdarə Heyətinin sədr müavini Taleh Yunsurov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və Sumqayıt ictimaiyyətini təmsil edən digər qonaqlar iştirak ediblər.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imic və maliyyə göstəriciləri ilə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi də tanınır.
“Qala Sığorta”nın Sumqayıt nümayəndəliyinin rəsmi açılışı olub
17:05
1 May 2018