Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Sığorta” şirkəti müştərilərin rahatlığını düşünərək onlara göstərilən xidmətin keyfiyyətini daha da artırılması istiqamətində həyata keçirdiyi işləri uğurla davam etdirir.
FED.az xəbər verir ki, şirkət özünün satış strategiyasının tələblərinə uyğun olaraq, Bərdə nümayəndəliyinin tərkibində fəaliyyət göstərəcək, Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 11 ünvanında yerləşən ofisinin rəsmi açılışını qeyd edib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, ofisin açılmasında məqsəd Beyləqan və digər ətraf rayonun sakinlərinə “Qala Sığorta” ilə yanaşı “Qala Həyat” şirkətinin də məhsullarından yararlanma imkanlarını daha asanlaşdırmaqdır.
“Qala Sığorta” şirkətinin rəsmiləri açılışda çıxış edərək bildiriblər ki, şirkət nümayəndəlik və filial şəbəkələri vasitəsi ilə öz məhsullarını təqdim etməklə vətəndaşların sığortadan yararlanması üçün rahat və əlçatan şərait yaradır. Məhz belə bir fürsətdən istifadə edərək Beyləqan və ona qonşu rayonların əhalisi yeni ofisə yaxınlaşmaqla avtomobillərini, evlərini, hətta öz həyatlarını belə sığortalaya bilərlər.
Bildirilib ki, məqsəd ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.
Qeyd edək ki, ötən ilin əvvəlindən başlayaraq “Qala Sığota” şirkəti indiyədək Lənkəran, Gəncə, Sumqayıt, Tovuz, Bərdə nümayəndəliklərinin, həmçinin Bakıda “Mərkəz filialı”nın rəsmi açılışlarını edib. Şirkətin daxili strategiyasına uyğun olaraq, ilin sonunadək müxətlif regionlarda daha bir neçə nümayəndəlik və ya ofisin açılması planlaşdırılır.
Qeyd edək ki, açılış mərasimidə şirkətin baş ofisinin işçi qrupu ilə yanaşı digər qonaqlar da iştirak edib.
Xatırladaq ki, yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti
müştərilərinə bir filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.