Azərbaycan sığorta bazarının ən dinamik şirkəti olan “Qala Sığorta” ASC-nin 20 mart tarixindən başladığı “KASKO FUTBOL ÇEMPİONATI” adlı aksiyası başa çatıb.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, 20 mart-20 aprel tarixində Gənclik Mall Ticarət Mərkəzində keçirilən aksiyaya 300-ə yaxın iştirakçı qatılıb. Aksiya çərçivəsində çempionatın qaliblərinə “Qala Sığorta”dan müxtəlif maraqlı hədiyyələr, eləcə də avtomobilini sığortalayan qalibə 20% endirim etməklə “avtomobillərin kasko sığortası” məhsulu və maxi.az mağazasından 50 AZN-lik hədiyyə kuponu təqdim olunub.
Qeyd edək ki, bu aksiyanın keçirilməsində əsas məqsəd ticarət mərkəzinə gəlmiş insanların bayram əhval ruhiyyəsinə müsbət emosiyalar qatmaqla yanaşı kasko və həyat sığortası haqqında maariflənmə işi apararaq cəmiyyətin sığorta sahəsində bilik və savadlılığını daha da artırmaq olub.
Xatırladaq ki, şərtlərə görə oyunda sürücülük vəsiqəsi və avtomobili olan bütün şəxslər iştirak edib. İki iştirakçıdan ibarət futbol oyunu 2 dəqiqə davam edib. Futbol meydançasında “futbolçuları” xüsusi olaraq hazırlanmış uzaqdan idarə edilən oyuncaq avtomobillər əvəz edib.
Bununla yanaşı, aksiya çərçivəsində “Qala Həyat” sığorta şirkəti tərəfindən güzəştli şərtlərlə hazırlanmış xüsusi həyat sığortası məhsulu da təklif olunub. Müştərilər promo-stendə yaxınlaşmaqla həyat sığortası məhsulu haqqında geniş məlumat əldə ediblər. Aksiya zamanı yeni hazırlanmış həyat sığortası üzrə paket məhsulu ilə bağlı məlumatlandırıcı bukletlər də paylanılıb.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
“Qala Sığorta”nın keçirdiyi aksiyaya 300-ə yaxın iştirakçı qatılıb
15:42
24 Aprel 2018