“Qala Sığorta” ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib və bununla da üzvlərin sayı sədrlə birlikdə beşə yüksəlib.
FED.az xəbər verir ki, “Qala Sığorta”nın səhmdarlarının ümumi yığıncağının qərarına əsasən Polad Hümmətov Akif oğlu üzv seçilib.
Hazırda Sığorta Şirkətinin Direktorlar Şurasına rəhbərlik edən Kamal İbrahimovla bərabər P.Hümmətovun adı “Baku Steel Company” QSC-nin rəhbərliyində yer alıb. K.İbrahimov BSC-nin baş direktoru, P.Hüseynov isə 1-ci müavindir.
Beləliklə, “Qala Sığorta”nın Direktorlar Şurasının siyahısı belədir:
Sədr:
- Kamal İbrahimov Mirsahib oğlu
Üzvlər:
- Aydın Rəhmanov Səməd oğlu – sədr müavini
- Aynur Bayramlı Əziz qızı
- Polad Hümmətov Akif oğlu
- Elxan Gülməmmədov Zakir oğlu
Direktorlar Şurası ümumi rəhbərliyi və sığortaçının fəaliyyəti üzərində nəzarəti həyata keçirən orqandır.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 944 447 manatdır. Şirkətin əsas səhmdarı Azre Təkrarsığorta Şirkətidir.