“Qala Sığorta” şirkətinin Azadlıq prospekti 124B ünvanıda yerləşən baş ofisi sabahdan etibarən fəaliyyətini dayandıracaq. Buna səbəb şirkətin yeni ofisə köçməsidir.
Şirkətdən FED.az saytına verilən məlumata görə, 31 mart tarixindən etibarən bütün əməkdaşlar öz fəaliyyətini Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221 ünvanıda davam etdirəcək.
Qeyd edək ki, yeni ofis “Qala Sığorta” şirkəti tərəfindən icarəyə götürülüb.