Azərbaycan sığorta bazarında yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” bu dəfə müştərisinə çevik və operativ dəstək göstərməsi ilə yadda qalıb.
FED.az xəbər verir ki, şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən verilən məlumata görə, “Qala Sığorta”dan “səyahət sığortası” növünü əldə etmiş müştərinin Türkiyədə səfərdə olarkən səhhətində ciddi problemi yaranıb.
Şirkətlə əlaqə saxlayan müştəri səhhətindəki vəziyyəti izah edib. “Qala Sığorta”nın Tibbi Sığorta Departamentinin əməkdaşlarının çevik və operativ davranışları nəticəsində müştəri Türkiyədə müvafiq klinikaya yönləndirilib. Məlum olub ki, müştəridə mədə qanaxması baş verib.
Müalicə xərcləri “Qala Sığorta” tərəfindən qarşılanaraq müştəriyə 5 447 AZN həcmində sığorta ödənişi verilib.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.