“Qala Sığorta” ASC səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq 25.06.2021-ci il saat 16:00-da Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti, 14, 221-ci məhəllə ünvanında keçiriləcəkdir.
İclasın gündəliyi:
* Cəmiyyətin 2020-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi;
* İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə sair məsələlər.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla “Qala Sığorta” ASC-nin Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti, 14, 221-ci məhəllə ünvanında yerləşən baş ofisində tanış ola bilərlər.