Bu ilin yanvar-iyul aylarında «Qala Sığorta» ASC-nin sığorta yığımlarının həcmi 37 milyon 518 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 229 min manat və ya 30,2% azalıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin yanvar-iyul aylarında şirkət 53 milyon 747 min manat sığorta haqqı toplamışdı.
Hesabat dövründə «Qala Sığorta» ASC-nin ödənişlərinin həcmi 14 milyon 176 min manat olmaqla, illik müqayisədə cəmi 867 min manat və ya 5,8% azalıb.
Hesablamalardan görünür ki, şirkətin yığımlarında 16 milyon 229 min manatlıq, ödənişlərində isə 867 min manatlıq azalma olub. Başqa sözlə, şirkətin yığımları ödənişlərindən 19 dəfə daha çox azalıb.
Bu ilin ilk yeddi ayında şirkətin ödəniş yığım nisbəti – zərərlilik göstərici 37,8% olub. Yəni şirkət topladığı hər 100 manat sığorta haqqından 37,8 manat geri ödəniş edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 28% (28 manat) idi. Son bir ildə şirkətin zərərlilik göstərici 9,8 faiz bəndi və ya 35% artıb.














