Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” ASC “səyahət sığortası” növü üzrə xaricdəki müştərilərinə növbəti dəstəyini göstərib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “səyahət sığortası” növünü “Qala Sığorta”dan əldə edən müştərilər xaricdə (Macarıstan və Türkiyə) səfərdə olarkən səhhətlərində problem olub. Tibbi müayinə nəticəsində məlum olub ki, hər iki müştəridə kəskin respirator xəstəlik yaranıb.
Türkiyə və Macarıstanda olan müştərilərə “Qala Sığorta”nın Tibbi Sığorta Departamentinin personalı tərəfindən çevik və operativ reaksiya göstərilib. Belə ki, daxil olan məlumat nəticəsində, müştərilər dərhal müvafiq klinikaya yönləndirilib və müalicə xərcləri “Qala Sığorta” şirkəti tərəfindən tam qarşılanmışdır.
Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.
“Qala Sığorta” xaricdəki müştərilərinin müalicə xərclərini ödədi
11:25
4 Mart 2019