Azərbaycan sığorta bazarının lokomotivlərindən sayılan “Qala Sığorta” ASC-nin cari ilin yanvar ayı ərzində topladığı sığorta yığımlarının həcmi açıqlanıb.
FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin yanvar ayı ərzində 6,976 mln. manat sığorta haqqı toplayıb ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 4,183 mln. manat və ya 2,5 dəfə çox olub.
AMB-nin hesabatına əsasən, müqayisə edilən dövr ərzində şirkət tərəfindən müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 132 min manat və ya 59% artaraq 355 min manata çatıb.