Azərbaycan sığorta bazarında öz aktivliyi ilə seçilən “Qala Sığorta” şirkəti sığorta sahəsində marifləndirmə proqramı çərçivəsində növbəti sosial layihəsini həyata keçirib.
Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən FED.az-a verilən məlumata görə, Bakının A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyində təşkil olunan tədbirdə şagirdlər üçün “Qala Sığorta”nın əməkdaşları tərəfindən “sığorta nədir?”, “sığortanın növləri”, “sığortanın faydası” və digər mövzularda maarifləndirmə xarakterli təqdimat keçirilib.
Tədbirin sonunda sığorta ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıb və onlarla bu sahədə geniş müzakirə aparılıb.
Qeyd edək ki, “Qala Sığorta” şirkəti sosial məsuliyyət prinsiplərini əsas tutaraq bu kimi sosial layihələrdə təşəbbüskar və ya dəstək göstərən kimi çıxış edir. Şirkət korporativ sosial məsuliyyətini daha dərindən düşünərək növbəti ildə də sosial layihələrə, o cümlədən sığortanın əhali arasında təbliğat, marifləndirmə işlərinin gücləndirilməsi istiqamətində, eləcə də bu kimi digər layihələr üzrə nəzərdə tutulmuş proqramlarını uğurla davam etdirmək niyyətindədir.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.