FED.az xəbər verir ki, Azərbaycan sığorta bazarının lokomotivi hesab edilən “Qala Sığorta” şirkəti “səyahət sığortası” növü üzrə növbəti iri həcmli ödənişin məbləğini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən verilən məlumata görə, “Qala Sığorta”dan “səyahət sığortası” növünü əldə etmiş müştərinin Türkiyədə səfərdə olarkən səhhətində problemi yaranıb və həkimlər tərəfindən müştəriyə appendisit diaqnozu qoyulub.
Əməliyyat xərcləri “Qala Sığorta” tərəfindən qarşılanaraq müştəriyə 6 741 AZN həcmində sığorta ödənişi verilib.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.