Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” ASC “Caspian Business Award 2019” beynəlxalq mükafatının təqdimetmə mərasimində xüsusi mükafata layiq görülüb.
FED.az xəbər verir ki, şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, “Caspian European Club”un təşkil etdiyi mərasimdə “Qala Sığorta” şirkətinə “İLİN SIĞORTA ŞİRKƏTİ“ nominasiyası üzrə mükafat təqdim olunub.
Eləcə də bax: Müştərilərin “Qala Sığorta”ya inamı daha da artır - ÖDƏNİŞLƏR KƏSKİN ARTIB
Ölkənin maliyyə bazarında aparılan sorğunun nəticəsinə əsasən, “Qala Sığorta” şirkəti 2019-cu ildə əldə etdiyi yüksək maliyyə göstəricilərinə, o cümlədən sığorta yığımları və müştərilərə ödənilən sığorta ödənişlərin həcmindəki kəskin artımına görə “Caspian European Club”unun aktiv üzvü kimi qiymətləndirilib.
İlin yekunu üzrə mükafatlar Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisinə istehsalat və sosial sahələrdə fəal iştirak edən şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlar iqtisadiyyatın neft, qaz, daşınma, telekommunikasiya və İT texnologiya, maliyyə-kredit sistemi, KİV və bir çox sahələrini əhatə edir.
Xatırladaq ki, sıralarında dünyanın 70 ölkəsindən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.
Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.