Azərbaycanın sığorta bazarında öz yenilikləri ilə seçilən “Qala Sığorta” şirkəti baş ofisində “all-wireless” konsepsiyasının tətbiqi çərçivəsində “Huawei Enterprise”ın “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olub. Bu layihə “Mars Tech” şirkətinin ixtisaslı mütəxəssisləri sayəsində uğurla həyata keçirilib.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Huawei” şirkətinin həlli unikal texnoloji xüsusiyyətlərə malikdir: Belə ki, mövcud strukturlaşdırılmış kabel sisteminindən istifadəsi imkanı, ənənəvi simsiz “Wi-Fi” həllərindən öz səmərəliliyi ilə 20%-ə yaxın fərqlənməsi və məlumat itkilərinin qarşısı alınmasına dair hər bir istifadəçi üçün müstəqil rouminq əhatəsinin təmin edilməsi sistemin əsas texnoloji xüsusiyyətləridir.
"Baş ofisin simsiz şəbəkəsi ilə 100% əhatələnməsi, təmir-tikinti işləri aparılmadan mövcud infrastruktur bazasında təmin edilməsi texnoloji baxımdan bizim əsas tələblərimizdən biri idi. Biz Azərbaycanda “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət olduq. Təbii ki, müasir dövrdə informasiya texnologiyaları sahəsi sürətlə inkişaf edir. Düşünürəm ki, gələcəkdə bu inkişafdan yararlanaraq IT sahəsində bir çox yeniliklər tətbiq edəcəyik”, - deyə “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev bildirib.
Həllin arxitekturası ənənəvi “controller-based” tətbiqindən bir qədər fərqlənir və hələ də iki növ cihazı ehtiva edir: WLAN kontrollerləri (AC) və giriş nöqtələri (AP). Əsas fərq, giriş nöqtələrinin artıq iki növə bölünməsidir: mərkəzi giriş nöqtələri (Central AP) və simsiz ötürmə cihazları (RRU).
Qeyd edək ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
“Qala Sığorta” “Huawei Agile Distributed Wi-Fi” həllini tətbiq edən ilk şirkət oldu
11:49
13 Aprel 2018