“Qala Sığorta” ASC-nin 2025-ci il üzrə maliyyə göstəriciləri açıqlanıb.
"Qala Sığorta"nın yığımları azalıb - ZƏRƏRLİLİYİ XEYLİ YÜKSƏLİB
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatlarına istinadən xəbər verir ki, bu dövrdə şirkətin əsas əməliyyat gəlirləri 892 min manat və ya 1,1% azalaraq 79 milyon 687 min manata düşüb.
Hesabat dövründə şirkətin investisiya gəlirləri 5 milyon 409 min manat olub. Bu, 2024-cü illə müqayisədə 1 milyon 5 min manat və ya 22,8% çoxdur. Suboqrasiya gəlirləri 310 min manat (30 min manat və ya 10,7% çox), digər gəlirlər isə 3 milyon 769 min manat (1 milyon 788 min manat və ya 90,2% çox) olub.
Şirkətin cəmi gəlirlərinin həcmi 84 milyon 617 min manat olub ki, bu da, illik müqayisədə 6 milyon 460 min manat və ya 8,2% çoxdur. 2024-cü ildə şirkətin cəmi gəlirləri 78 milyon 157 min manat idi.
Ötən il ASC-nin əsas əməliyyat xərcləri 48 milyon 727 min manat olub. Bu, illik müqayisədə 11 milyon 359 min manat, yaxud da 30,4% çoxdur.
Bəhs olunan dövrdə şirkəin işlərin aparılması ilə bağlı xərcləri 20 milyon 957 min manat olub ki, bu da, bir il ərzində 1 milyon 533 min manat (6,8%) azalma deməkdir.
ASC-nin cəmi xərcləri isə 9 milyon 814 min manat (16,4%) artaraq 69 milyon 714 min manata yüksəlib. 2024-cü ildə şirkətin cəmi xərcləri 59 milyon 900 min manat olmuşdu.
“Qala Sığorta” ASC 2025-ci ildə 14 milyon 903 min manat mənfəət əldə edib. Bundan 2 milyon 972 min manat mənfəət vergisi ödəyən ASC-nin xalis mənfəəti 11 milyon 930 min manata bərabər olub.
Bəhs olunan dövrdə bankın cəmi aktivləri 3 milyon 137 min manat artaraq (3,6%) 90 milyon 132 min manata çatıb.
Şirkətin cəmi öhdəliklərinin həcmi 5 milyon 206 min manat (9,3%) artaraq 60 milyon 916 min manata yüksəlib.
2025-ci ildə “Qala Sığorta” ASC-nin cəmi kapitalı 2 milyon 70 min manat (6,6%) azalaraq 29 milyon 215 min manata düşüb.











![“Qala Sığorta” ASC-nin maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2920959.png)
![“Qala Sığorta” ASC-nin maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2074313.jpg)
![“Qala Sığorta” ASC-nin maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1867383.jpg)
![“Qala Sığorta” ASC-nin maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3099424.jpg)
![“Qala Sığorta” ASC-nin maliyyə vəziyyəti açıqlandı - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1890173.jpg)








