Azərbaycan sığorta bazarının aparıcı sığorta şirkəti olan “Qala Sığorta” ASC “səyahət sığortası” növü üzrə növbəti iri həcmli ödənişin məbləğini açıqlayıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən FED.az-a verilən məlumata görə, “Qala Sığorta”dan “səyahət sığortası” növünü əldə etmiş müştərinin ABŞ-da səfərdə olarkən səhhətində problemi yaranıb və həkimlər tərəfindən müştəriyə böyrək sancısı diaqnozu qoyulub.
Eləcə də bax:“Qala Sığorta” müştərinin - ƏMƏLİYYAT XƏRCLƏRİNİ ÖDƏDİ
Müştərinin müalicə digər xərcləri (1210 AZN) “Qala Sığorta” tərəfindən qarşılanıb.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.