Azərbaycanın həyat sığorta xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” Sığorta Şirkətinin Səhmdarlarının Ümumi Yığıncağınin iclası keçiriləcək.
Şirkətdən FED.az saytına verilən məlumata görə, 30.01.2020-ci il tarixində, saat 10:00-da Bakı şəhəri, İzmir küçəsi 5A ünvanında “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların Ümumi Yığıncağının iclası çağrılır. Səhmdarların Ümumi Yığıncağının iclasının gündəliyi aşağıdakı kimi müəyyən edilmişdir:
• Cəmiyyətin 2020-ci il üçün büdcəsinin təsdiq olunması
• 2019-cu il üzrə Cəmiyyətin müstəqil auditorunun seçilməsi.