"Qala Həyat Sığorta" şirkətinin səhmdarları Ümumi Yığıncağın iclasına hazırlaşır.
Şirkətin baş ofisindən FED.az biznes-maliyyə portalına verilən məlumata görə, 04 oktyabr 2020-ci il tarixdə, saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5a ünvanında “Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Səhmdarların Ümumi Yığıncağının iclası çağrılır.
İclasın gündəliyinə cəmiyyətin Təftiş Komissiyasının tərkibinin yenidən seçilməsi məsələsi daxildir.