“Qala Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasına yeni üzv seçilib.
FED.AZ xəbər verir ki, Tatiana Savelyeva Mixaylovna bu vəzifəyə təyin edilib.
T.Tatiana Savelyeva buna qədər Sığorta Şirkətinin İdarə Heyətinin üzvü vəzifəsini icra edirdi.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 7 iyul 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 milyon 041 min 600 manatdır. Qanuni təmsilçisi və İdarə Heyətinin sədri Talıbov Anar Talıb oğludur.
Ş irkətin səhmdarları aşağıdakı kimidir:
1. "AzRe Təkrarsığorta" ASC adından Abbasov Vüsal Ramiz oğlu - 2280 səhm (50%);
2. İbrahimov Kamal Mirsahib oğlu -456 ədəd səhm (10%);
3. Fərəcov İftixar Səftər oğlu - 328 ədəd səhm (7.193%);
4. Hətəmov Namiq İmdat oğlu -328 ədəd səhm (7.193%);
5. Mirhadıyev Cavid Sənan oğlu - 328 ədəd səhm (7.193 %);
6. Tağıyev Əbülfət Məzahir oğlu - 328 ədəd səhm (7.193%);
7. Yusifov Mehman Oqtay oğlu - 328 ədəd səhm (7.193%);
8. Səfərov Vəlihəd Məmmədağa oğlu - 184 ədəd səhm (4.0351%).












