“Qala Həyat” Sığorta Şirkəti ASC-nin məsul aktuarı Cəlal Quliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifə verilib.
Eləcə də bax:“Qala Sığorta” müştərinin - ƏMƏLİYYAT XƏRCLƏRİNİ ÖDƏDİ
FED.az xəbər veriri ki, C.Quliyev bu ilin noyabr ayının 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əlillik siyasəti şöbəsinin Monitorinq və təhlil sektorunun müdiri vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, C.Quliyev 2014-cü ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinin riyaziyyat müəllimliyi ixtisasını bitirib.
Eləcə də bax:“Qala Həyat” ölkənin ən populyar sığorta şirkəti oldu - MEDİA HESABAT
C.Quliyev “Qala Həyat” komandasına 2015-ci ildə qatılıb. İlk olaraq aktuari vəzifəsini icra edən C.Quliyev daha sonra məsul aktuari vəzifəsinə təyin olunub.