Azərbaycan sığorta bazarının hüquq sahəsi üzrə tanınmış menecerlərindən olan, “Qala Həyat Sığorta” ASC-nin Hüquq Departamentinin direktoru Süleyman Zeynallının 42 yaşı tamam olub. S.Zeynallı 12 oktyabr 1977-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetində beynəlxalq hüquq fakultəsi üzrə bakalavr və magistr təhsili alıb.
S.Zeynallı Azərbaycan sığorta bazarında hüquq sahəsi üzrə peşəkar kadr kimi tanınır və 20 ilə yaxın iş təcrübəsinə malikdir. O, Azərbaycanda fəaliyyət göstərən bir çox tanınmış şirkətlərdə hüquqşünas, baş hüquqşünas, insan resursları üzrə menecer, hüquq və sığorta hadisələri departamentinin hüquq şöbəsinin müdiri və departament direktoru vəzifəsinədək yüksəlib. S.Zeynallı korporativ hüquq, sığorta huququ, müştəri xidmətləri, eləcə də audit mövzusunda keçirilən beynəlxalq və yerli təlimlərdə aktiv iştirak edib.
Qeyd edək ki, S.Zeynallı “Qala Həyat” komandasına 2016-cı ilin avqust ayından qatılıb. O, ilk olaraq “Qala Həyat” sığorta şirkətində Hüquq və İddiaların tənzimlənməsi departamentinin müdir müavini çalışıb. S.Zeynallı öz peşəkar və məsuliyyətli fəaliyyətinin nəticəsi olaraq, rəhbərliyin müvafiq qərarı ilə 2018-ci ilin fevral ayında “Qala Həyat Sığorta” şirkətinin Hüquq və kadrlar departamentinin müdiri vəzifəsinə təyinat alıb və hazırda bu vəzifəni icra edir.
FED.az komandası olaraq, Süleyman müəllimi təbrik edir, ona işlərində yeni uğurlar arzulayırıq.