Respublika Neyrocərrahiyyə Xəstəxanası işçilərinin həyatının sığortası ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vuraraq qalib şirkətin adını açıqlayıb.
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi ölkənin ən aktiv həyat sığortası şirkıti olan "Qala Həyat” ASC olub.
İşçilərin həyatının sığortasına görə, “Qala Həyat” şirkətinə 4 382 manat ödəniləcək.
Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti 2010-cu ildən fəaliyyətə başlayıb. “Qala Həyat” 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.