“Qala Sığorta” və “Qala Həyat” şirkəti “11 fevral – vergi xidməti işçilərinin peşə bayramı günü” ilə bağlı könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya başlayıb.
Şirkətdən FED.az biznes-maliyyə portalına bildirilib ki, kampaniyanın şərtlərinə görə, vergi sahəsində çalışan bütün şəxslər, eləcə də onların ailə üzvləri “Qala Həyat” və Qala Sığorta”nın könüllü sığorta məhsullarına 20%-dək güzəşt imkanı əldə edirlər.
“Qala Sığorta” və ya “Qala Həyat” şirkətinin yaratdığı bu fürsətdən yararlanmaq istəyən şəxslər ofisə yaxınlaşa, həmçinin (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng edə bilərlər.
Qeyd edək ki, kampaniya 28 fevral 2020-ci il tarixinədək qüvvədədir.
“Qala Sığorta” və “Qala Həyat” şirkətinin kollektivi fürsətdən istifadə edərək vergi sahəsində çalışan bütün işçiləri təbrik edir, onlara işlərində uğurlar arzulayır.