“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərindən kənarda qalmayaraq bu mübarizəyə maliyyə dəstəyi göstərmək qərarını alıb.
FED.az xəbər verir ki, bu məqsədlə “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrılıqda 100 000 AZN, ümumilikdə 200 000 AZN məbləğində vəsait köçürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.